19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bəxtiyar Soltanov: “Fanatları oyuna səsləyirəm, gəlsinlər...”

“Məşqlərimiz davam edir, hələ ki, hər şey yaxşı gedir. Qarşıdakı oyuna səylə hazırlaşırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanovdur. Klubun mətbuat xidmətinə açıqlama verən Soltanov çempionatın 2-ci turunda qarşılaşacaqları “Zirə” ilə oyun haqda danışıb: “Əlimizdən gələni edəcəyik ki, nəticə “Neftçi” ilə oyundakından daha yaxşı olsun. “Zirə” də bizim kimi yeni komandadır. Debütantdır, rəqibi heç vaxt zəif qəbul edib arxayınlaşmaq olmaz. Nəyəsə aldanmamalıyıq, baş məşqçimiz Şahin Diniyev də bildirir ki, oyuna iki qat güclə hazırlaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, uğurlu nəticə üçün meydana çıxacaq”.

Bəxtiyar Soltanov iki il öncə “Kəpəz”in heyətində çıxış edib. Bu mənada yerli publika ona daha yaxşı tanışdı: “Gəncədə ilk oyunumuzu keçirəcəyimizdən azarkeşlərimizlə doğma meydanda görüşəcəyik. Onları sevindirmək üçün hər şey edəcəyik. Əvvəlcədən danışmaq istəmirəm, amma deyim ki, qələbə üçün oynayacağıq. Fanatları da oyuna səsləyirəm, gəlsinlər komandaya dəstək olsunlar, yaxşı oyun olacaq. Buna ümid edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30