19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Panatinaikos”un baş məşqçisi: “Qəbələ” diqqət tələb edən komandadı”

“Qəbələ” çox ciddi qəbul olunmalı komandadı. İşimiz çətin olacaq”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Afina təmsilçisi dünən İspaniya klubu “Real Sosyedad”la yoxlama görüşü keçirib və 0:3 hesabı ilə məğlub olub. Yunanların çalışdırıcısı yerli mətbuata açıqlamasında bu matçın onlara kömək edəcəyini düşünür: “Real Sosyedad” çox güclü rəqib idi. Bu oyun bizim üçün vacib idi. Hamıya şans verdim. Artıq kimin hazır olub-olmadığını bilirəm. Bəzi oyunçularımızın fiziki cəhətdən tam çatdırmadığını gördüm”.

“Qəbələ” ilə bağlı da danışan Anastasiu rəqibi təhlil etdiklərini söyləyib: “Qəbələ”nin bu mövsümdəki bütün oyunlarına baxmışam. Seçmə mərhələdə “Dinamo”, “Çukariçki” və “Apollon”la qarşılaşmalarının görüntülərini izləyib, hərtərəfli təhlil etmişik. Deməliyəm ki, çox möhkəm rəqibimiz var. “Qəbələ” diqqət tələb edən komandadı. Ancaq biz Azərbaycan klubu ilə oyunlara daha ciddi hazırlaşsaq, düşünürəm ki, qrupa düşmək şansımız çox olar. İstənilən rəqibə qarşı oynamağı bacarmaq lazımdı” (apasort.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30