29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz”in qapıçısı: “Azərbaycan çempionatında heç də gözləmədiyim səviyyə ilə qarşılaşdım”

“Azərbaycan çempionatında heç də gözləmədiyim səviyyə ilə qarşılaşdım. Debüt oyunumun səviyyəsindən razıyam. Çempionatın ilk turu olsa da, futbolçular sona kimi mübarizə apardılar”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in qapıçısı Tadas Simiatis deyib.

Litvalı qolkiper meydana qələbə üçün çıxdıqlarını bildirib: “Komandamız çox istəklidi. Hamımız qələbə qazanmaq istəyirik. Baş məşqçimiz də bizdən bunu tələb edir. Təbii ki, meydanda olduğumuz müddətdə bunu reallaşdırmaq üçün əlimizdən gələni edirik”.

Simiatis “Kəpəz”in azarkeşlərindən də söz açıb: “Azarkeşlərimiz haqda məlumatım var. Bilirəm ki, Gəncədə futbolu çox sevirlər. Gələn həftə doğma meydanımızda oynayacağıq. İnanıram ki, fanatlar bizi sona kimi dəstəkləyəcəklər”.

Litvalı qolkiper “Neftçi”yə qarşı baş tutan oyun (0:0) haqda bunları söyləyib: “Mövsümün ilk matçı idi. Komandalardan heç biri ideal oyun göstərə bilməz. Amma qarşılaşma maraqlı keçdi. Meydanda gərginlik də var idiş Son 20 dəqiqə azlıqda qalsaq da, qol buraxmadıq. Qırmızı vərəqə alan komanda yoldaşım Şəhriyar Əliyev də çox istəkli idi. Görünür, elə bu amil onun əlehinə işlədi. Qırmızı vərəqəni bilərəkdən almadı. Azad Kərimov da yaxşı futbolçudu. Meydana sonradan daxil olsa da, inamlı təsir bağışladı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31