18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: “Bəlkə avtobusun şüşələrini heç “Neftçi” azarkeşləri sındırmayıb?”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın ilk turu çərçivəsində keçirilən “Neftçi” - “Kəpəz” (0:0) oyunundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Bu gün 2 illik fasilədən sonra “Kəpəz” yenidən Premyer Liqanın oyununda meydana çıxdı. Komandanın oyununu bəyəndiniz?

- “Kəpəz”in oyunu çox xoşuma gəldi. Komanda bu gün meydanın hər qarışı uğrunda mübarizə aparırdı.

- Bəs “Neftçi”?

- “Neftçi”nin də çıxışını bəyəndim. Bu gün komandada gənc futbolçular çoxluq təşkil edir. İlk turdu. Rəqibləri yaxşı tanımırlar. Bir oyuna görə nəsə demək çətindir. Bugünki çıxışa əsasən “Kəpəz” güclüdü, “Neftçi” zəifdi” və ya bunun əksini söyləmək olmaz. Kimin nəyə qadir olduğu 5 turdan sonra bilinəcək.

- Oyundan sonra azarkeşlər “Kəpəz”in avtobusunun şüşəsini sındırdılar. Elə ilk turdaca qalmaqal yaşanması haqda nə deyə bilərsiz?

- Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün  dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər.

- “Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması mümkündü?

- Bu məsələni aydınlaşdıracağıq. Bəlkə bunu heç “Neftçi” azarkeşləri etməyib?

- Bu gün stadionda olan polislərin sayı sanki az idi. Üstəlik, onlar demək olar ki, heç nəyə müdaxilə etmirdilər. Bunda “Qəbələ” - “Apollon” oyunundan sonra baş verən insidentin rolu varmı? Düşünmək olar ki, polislərə artıq hansısa göstəriş gəlib?

- Nəyi nəyəsə qatmayın. Bir var avrokubok oyunu, bir də var daxili çempionat. Bu gün stadionda 2-3 min azarkeş var idi. Ona görə də polis az idi. 11-12 min azarkeş olanda təbii ki, polisin sayı da çox olmalıdır. Tapşırıq, göstəriş - bunlar boş söhbətlərdi. Belə şeylərə fikir verməyin. Hər şey qaydasındadır. Bizim rahat yaşamağımızın səbəbkarı polislərdir.

- Bu sualı əbəs yerə vermədik. Çünki Klublar Komitəsinin son iclasından sonra qurumun rəhbəri Tuyqun Nadirov bu barədə polislərlə danışıqlar aparılacağını söyləmişdi...

- Hər dəfə çempionat başlamamışdan öncə mən çempionatı keçirən qurumun rəhbəri kimi Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, eləcə də oyunları qəbul edəcək rayonların polis rəislərinə məktub göndərirm. Biz onlardan xahiş edirik ki, stadionlarda təhlükəsizliyi yüksək səviyyədə təşkil etsinlər. Geridə qalan 7 ildə bununla bağlı hər hansı bir problem yaşamamışıq.

- Bu mövsüm “Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlarda qonaq azarkeşlərin iştirakı mümkündür?

- Fikirləşərik. Hər iki klub rəhbərliyi təhlükəsizliyə görə cavabdehlik daşısalar, bu, mümkündür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30