29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

24-cü start və ya baş məşqçilərin maraqlı duelləri

Bu gün Azərbaycan futbolunda xüsusi günlərdən biridir. Belə ki, sayca 24-cü olan milli çempionatımız start götürəcək. PFL ilə “Topaz”la müqavilənin daha 1 illiyə uzadılması nəticəsində çempionatımız ardıcıl 4-cü mövsüm Topaz Premyer Liqası adlanacaq. Maraqlıdır ki, 2 gündə keçiriləcək matçlar hamısı eyni saatda - 21:00-da start götürəcək. Başlanğıcda bəzi maraqlı məqamlar, xüsusilə baş məşqçilərin dueləri ilə diqqətimi çəkənləri sizinlə bölüşürəm.

“Neftçi” - “Kəpəz”. 90-ci illərdə milli çempionatımızda əsas derbilərdən biri məhz bu komandaların görüşü hesab olunurdu. Hər halda, həmin vaxt hər ikisi çempionluğa əsas namizədlərdən idi. İki illik fasilədən sonra güclülər dəstəsinə qayıdan “Kəpəz”in necə çıxış edəcəyi maraq doğurur. Üstəlik, Gəncə klubuna baş məşqçi postuna 10 illik fasilədən sonra Şahin Diniyev qayıdıb. “Kəpəz” “Gəncə” adlananda Diniyevin başçılıq etdiyi komanda “Neftçi”yə Tofiq Bəhramov adına Respublika stadionda 2:1 hesabıyla qalib gəldiyi matç maraqlı oyun kimi yadda qalmışdı. Şahin müəllim milli çempionatımızda son olaraq 2013/14 mövsümündə “Rəvan”ı çalışdırıb.

“Neftçi” yeni baş məşqçisi Samir Aliyevin rəhbərliyi altında debüt etsə də, bu, Avropa Liqasında Çernoqoriyanın “Mladost” klubu ilə oyunlarda olmuşdu. Deməli, Əliyev uzun illər futbolçu kimi iştirakçısı olduğu milli çempionatımızda baş məşqçi kimi debüt edəcək. “Mladost”la oyunların bərabərliklə nəticələndiyini nəzərə alsaq, 36 yaşlı Əliyev ilk qələbəsini qazanmağa çalışacaq. Maraqlıdır ki, o, Diniyevin rəhbərliyi altında millimizdə nəinki oynayıb, vurduğu 4 qoldan 3-ü onun vaxtında olub. Bu, Tacikistanla səfərdə yoldaşlıq görüşü (3:2) və Serbiyayla evdəki rəsmi oyundur (1:6).

“Zirə” – AZAL: Bu, “Zirə”nin milli çempionatımızda ilk oyunu kimi tarixə düşəcək. Onun 38 yaşlı baş məşqçisi Adil Şükürov da vaxtilə çıxış etdiyi güclülər dəstəsində bu dəfə fərlqi ampluada siftə edəcək. O, rəqibi Tərlan Əhmədovla vaxtilə “Şəfa”da birgə oynayıb. Şükürovun avqustun 16-da dünyaya gəldiyini nəzərə alsaq, qarşıdan gələn ad gününə qələbə hədiyyə etməyə çalışacaq. “Zirə”də gələn Rəşad Abdullayev, Viktor İqbekoyi kimi təcrübəli futbolçular uzun imüddət oynadıqları AZAL-a qarşı çıxış edəcəklər.

“Xəzər Lənkəran” – “İnter”: Yunis Hüseynov 3 illik fasilədən sonra həm “Xəzər Lənkəran”a, həm də milli çempionatımıza dönür. O, bu komandada “İnter”in yeni baş məşqçisi Zaur Svanadzeylə üzləşsə də, onda gürcü mütəxəssis həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi idi. 57 yaşlı Svanadze də Samir Əliyev kimi “İnter”in sükanı araxsında Avropa Liqasında debüt edib. Deməli, onda da Topaz Premyer Liqasında siftə olacaq. Özü də gürcü mütəxəssis hazırkı mövsümdə ən yaşlı, Əliyev isə gənc baş məşqçidir.

“Qəbələ” – “Qarabağ”: “Qəbələ” 1 aydan artıq fasilədən sonra doğma məkana qayıdır. Belə ki, komandamız Avropa Liqasında “Çikariçki” və “Apollon”la ev oyunlarını UEFA-nın qərarıyla “Bakcell Arena”da keçirmişdi. Qəbələdə son matç isə iyulun 9-da avrokuboklarda ilk qələbə olan Tiflis “Dinamo”yla oyun idi. Roman Qriqorçuk “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova hələ ki uduzmayıb – Bakıda 1:0, Qəbələdə 1:1. Ukraynalı mütəxəssisin təyinatı zamanı kənardan izlədiyi ilk matçda isə baş məşqçi əvəzi olan Sənan Qurbanov məhz “Qarabağ”ı Qəbələdə 2:1 hesabıyla məğlub etmişdi.

“Rəvan” – “Sumqayıt”: “Rəvan” 1 illik fasilədən sonra Premyer Liqamıza qayıdır. Özü də yeni baş məşqçi Emin Quliyevlə. 38 yaşlı çalışdırıcı “Xəzər Lənkəran”da baş məşqçi əvəzi kimi komandanı oyuna çıxarsa da, bu, həm yeni klubunda, həm də ümumiyyətlə, baş məşqçi kimi debütü olacaq. O, həmkarıl Aqil Məmmədovla “Neftçi”də birgə oynayıb, birgə çemponluq, “qızıl dubl” qazanıblar.

Mehman SÜLEYMANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31