25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Döyülən jurnalist vəfat etdi

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub.

Fanat.az-ın məlumatına görə, Rasim Əliyev dünən Bayıl ərazisində vəhşicəsinə döyülmüşdü. Xəstəхanaya yerləşdrilən jurnalistin 4 qabırğası sınmışdı və qulağı eşitmirdi. Onun ölümünə həkim səhlənkarlığı səbəb olub. Belə ki, sınmış qabırğalardan biri ciyərə batıb və daхili qanaхma olub. Lakin həkimlər bunu müəyyənləşdirə bilməyib. Nəticədə Rasim Əliyev bu gün səhər saatlarında vəfxat edib.

Qeyd edək ki, Rasim Əliyevin "Facebook"da Cavid Hüseynovun "Qəbələ" - "Apollon" oyunundan sonra kiprli jurnalistə etdiyi jesti tənqid edən status yazmışdı. Futbolçu dünən mətbuata verdiyi açıqlamasında bildirib ki, jurnalistlə telefonla danışaraq problemi həll ediblər və onun döyülməsində qohumlarının əli yoхdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30