Ölkə futbolu
Polis zorakılığına son qoymalıyıq! YAZI
Görün nə günə qalmışıq ki, “Qəbələ”nin bütün proqnozları alt-üst edib tarixində ilk dəfə pley-offa yüksəlməsindən ağızdolusu bəhs edib, pley-off şanslarını dəyərləndirmək əvəzinə baş redaktordan “polis özbaşınalığının qarşısını almağın yollarından yaz” tapşırığını alıram. Adama deyərlər, ay kişi, futbol hara, polis hara? İdman jurnalistisən, top dalınca qaçanlardan, 90 dəqiqə meydanda yaşananlardan yaz, “poqon”la, dəyənəklə nə işin var? O haqda yazmaq üçün gərək beynin təmiz ola, iyrəncilikləri görməyəsən. Matç başa çatandan sonra Azərbaycan polisi silahsız, gücsüz vətəndaşı döyür, söyür, ayaq altına atıb təpikləyirsə, buna göz yummaq mümkünsüzdü. Sabah sinəsinə polis təpiyi dəyənin yerində yaxınlarım, hətta özüm də ola bilərəm. Məgər gecə saat 12-də səsini ucaldıb yaxınlıqdakı binalarda yaşayanları narahat edən azarkeşi sakitləşdirməyin yolu onu sillələməkdi? Qolunu burub, maşına basmaqdı? Hanı qanun, hanı ədalət? Bəlkə qanunvericilikdə “qaydanı pozan təpiklənsin” deyə bənd var, xəbərimiz yoxdu. Cümə axşamı “Bakcell Arena”nın ətrafında harınlamış polis dəstəsinin etdikləri insanlıq çərçivəsinə sığmır. Təbii, əlimizdən yazmaqdan başqa heç nə gəlmir. İğtişaş zamanı səsini çıxarırsan, bölmə ilə hədələyirlər. Əlinə telefon alıb yaşananları lentə almaq istəyirsən, telefon qarışıq adamın özünü yox edirlər. Odu ki, gücümüz ancaq sözləri bir-birinin dalına qoşmağa çatır. Bəlkə “yuxarılar”ın gözünə sataşar, qulağına çatar və qeydlərdən dərs çıxararlar. Ümumiyyətlə polisləri stadionlardan yox etmək lazımdı. 90 faizinin futbolun nə olduğunu bilməyən poqon ordusu arenalara lotuluq etməyə, kiməsə “ilişib” bölməyə aparmağa gəlir. Asayişi qorumaq-zad boş şeydi. Azğınları necə susdurmalı? Zorakılığa necə yox deməli? Müxtəlif yollar var, reallaşmasına çalışmaq lazımdı.
Polisdən imtina, yaşasın Azrbaycan əsgəri!
İlk sual: bu boyda ölkədə asayişi qoruyan güc strukturu tək polisdimi? Xeyr! İstər millinin, istərsə də klubların beynəlxalq arenalardakı çıxışı zamanı dəfərlərlə Daxili Qoşunların əsgərlərinə rast gəlmişik. Polisdən gücdə, qüvvədə tərbiyədə, nizam-intizamda qat-qat üstün əsgərlərə. Qarşıdurma yaranıb aranı sakitləşdirmək haqda düşünüblər, qan tökülüb insani keyfiyyətlərini nümayiş etdiriblər. Çünki onlar da kiminsə tabeçiliyi altında xidmət edir. Onlar da azarkeş kimi, müəyyən vaxt ərzində işini görməyə çalışır. Onlar üçün lotuluq etmək, güc göstərmək briqadada, bölükdə qalır. “İşıqlı dünyaya” çıxdılarsa, olurlar dilsiz-ağızsız. Əllərində bölməyə aparıb “dəri soymaq” kimi arqument yoxdu deyə, günahkarı başa salmağa, yol göstərməyə çalışırlar. Əsgər əmri bir yerdən alır. Əmri pozsa, beli qırılacaq. Polisin izə 100 nəfər əmr verəni var. Kimisə döyüb-söyəndə belə, ona “gözün üstə qaşın var” deyən olmur. Adını da qoyurlar ki, filankəs polisi təhqir etdi, cavab qaytardı, nə bilim nə. Belə əcəb edib, əlinin içindən gəlib. Sən azarkeşə “zəhmət olmasa, yerinizə əyləşin” əvəzinə, “ayə, qara gədə, otur yerinə” deyəndə, cavabını 10 qat artıqlaması ilə alacaqsan. Xülasə, stadionlarda asayişin qorunması polisin əlindən alınıb Daxili Qoşunların ixtiyarına verilməlidi. Belədə, fanatlar da əsgərə hörmət edər, sözündən çıxmaz. Polislərdən o qədər iyrənciliklər görülüb ki, azarkeş “poqon”un sözünü uda bilmir. Və bu da böyük qalmaqala gətirib çıxarır. Hətta əsgərlər olmasa belə, avrokubok görüşləri zamanı klublar hansısa mühafizə şirkəti(lər)inin xidmətindən yararlana bilər. Məgər 10 min tərəfdarın qarşısını almaq üçün 200-300 mühafizəçi bəy emir? İnanın, polislər stadionlardan yox olsa, azarkeş də sakitləşəcək, hansısa irada “baş üstə” deyib yerində də əyləşəcək. Öz aramızdı, sözü də söz kimi deməyin yolu var axı.
“Yuxarılara” məktub
Bu ölkənin suyundandı, havasından, ya nəyindənsə, vəzifədə olan birini susdurmaq üçün mütləq ki, kiminsə adı ilə hədələməlisən. Məktubla, telefon zəngi ilə, şəxsi görüşlə, bir sözlə hansısa üsullarla. İkinci və ən ideal yol da məhz polis özbaşınalığının qarşısını almaq üçün “yuxarılara” üz tutmaqdı. Deməli, neçə illərdi “poqonlular”ın etdiyi vəhşiliklərin video və şəkillərini yığırsan bir yerə. Bir neçə fan-klubun üzvlərinin imzası toplanan müraciətləri də qoyursan onun üstünə, ya Allah, göndərirsən hara lazımdı, ora. Bir nüsxəsini AFFA prezidenti Rövnəq Abdullayevə, digərini Daxili İşlər Nazirliyinin rəhbəri Ramil Usubova, ən gözəgəlimlisini də ölkə başçısına, ən pis halda, xanımına. Soruşursan ki, çox hörmətli başbilənlər, futbola baxmağa gələn dinc əhalinin günahı nədi ki, dəyənəklər başımızda sınır. Yazırsan ki, hər fürsətdə azarkeşlərin stadiona gəlməməsindən bəhs edən Rövnəq Abdullayev, videolara diqqətlə baxın, görün polis azarkeşi göyə qaldırıb yerə necə çırpır. Soruşursan ki, polisə hər cür ixtiyar verən Ramil Usubov, sabah bu çəkilişləri İlham Əliyev görüb sizdən hesab sorsa, Azadlıq prospektində bina yananda prezidentin qarışında düşdüyünüz vəziyyət yadınıza gələcək? Bəlkə bu yolla amansızların, azğınların qarşısı alınar, dinc əhaliyə düşmən kimi baxılmaz. Jurnalistin əlindən telefonu alınmaz, bölmə ilə hədələnməz. Yeri gələndə, elə biz özümüz də səs toplayıb, imza atıb müraciət edə bilərik. Təzyiqə məruz qalan tək azarkeş deyil ki...
Çəkilişləri siyasi saytlara ötürək?
Hə, keçək ən bəsit yola. Razılaşaq ki, idman saytlarına ölkə rəhbərliyi səviyyəsində ciddi nəzarət yoxdu. Yalnız hansısa böyük tədbirlər zamanı əlaltılar portalllara göz gəzdirir, lazım olan məlumatları “yuxarılara” çatdırır. Odu ki, srağagün çəkilən şəkil və videoları siyasi saytlarda çalışan həmkarlarımıza ötürmək olar. Yerləşdirsinlər, “yağlı” başlıq da qoysunlar ki, görməyənlərin gözü açılsın. İdman saytlarının gündəlik müştərisi ən yaxşı halda, 5-7 min nəfərdisə, siyasi mətbuat bizi 2-3, bəlkə də, 5 dəfə qabaqlayır. Yəni, həm oxucu kütləsi çoxdu, həm də ciddi nəzarət var. Qoy futbolla bir qram da maraqlanmayan əhali də stadionlarda nələrin yaşandığını görsün, AÇ-2020-yə ev sahibliyi edəcəyimizə görə fəxr edən ölkə rəhbərliyi bu oyun növünün gözdən necə salındığını bilsin. Çətindi, ancaq mümkünsüz deyil. Uzağı başlayana kimidi, davamı gələcək. Ondan sonra polis sənə “sən” yox, “siz” deyə müraciət etməsə, mənə nə deyirsən, de.
HƏBİB, “Futbol+”
Bunu cox beyendiyim "Futbol+" qezetinin yazari Hebibden goturmusem. Hemin gun "Bakcell Arena"da idim. Heqiqetende utancverici idi. Bir yandan sevinirdik kiprlileri meglub etmisdik deye, diger terefden doyulen azarkesleri gorub pis olmamaq elde deyildi. Hebib qardas duz deyir umumiyyetle futbola polisleri buraxmaq duzgun deyil. Bax bir ay bundan qabag Avropa oyunlari oldu. Niye ogun bu azarkesleri doyen dirnaq arasi polisler hemin oyunlar zamani avropalilara ozumuzu gostermek ucun sakit durmusdular? Bilirsiz niye? Cunki biz ona buna gore hereket eden milletik. Nedi nedi qiragdan baxan pis baxar deyib ozumuzu "adam" kimi aparmaga calisiriq. Axi hemin o Avropa oyunlarindada azarkesler qelebe sevincini qisqiriraraq qeyd edirdiler. Bes onda niye tutub doymurduler? Cunki nece deyerker qiragkina deyil, ozumuzkune "duxumuz" catir.
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək