24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Tuyqun Nadirov: “Belə hallar azarkeşləri küsdürə bilər”

“Qarabağ” əvvəldən iclasda iştirak etməyəcəyini bildirmişdi. Həm “Qarabağ”, həm də “Qəbələ” avrokuboklarda mübarizəni davam etdirir. Bu səbəbdən də onlara gəlməmələrini təklif etdik. Amma “Qəbələ” rəhbərliyi iclasda iştirak etdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov jurnalistlərə müsahibəsində deyib.

“Xəzər Lənkəran”ın  vitse-prezidenti rəhbəri olduğu komitənin bugünkü iclası ilə bağlı bunları söyləyib: “Yeni mövsüm öncəsi açılış iclası idi. İlk olaraq Premyer Liqanın yeni iştirakçıları olan “Kəpəz”, “Zirə” və “Rəvan”ı salamladıq. Onların gələcəkdə fəal üzvlərə çevriləcəklərinə, təkliflərlə çıxış edəcəklərinə inanıram. Çempionat zamanı yaranacaq suallar isə növbəti iclaslarda müzakirə olunacaq”.

T. Nadirov Premyer Liqanın yayım məsələsindən söz açıb: “Klublar Komitəsi yarandıqdan sonra əsas məsələlərdən biri oyunların teleyayımı ilə bağlı tenderin keçirilməsiydi. Bu da uzun müzakirələrdən sonra həllini tapdı. CBC televiziyası yayımın qarşılığında klublara müəyyən məbləğ ödəyəcək. Bu gün məbləğin az və ya çox olmağı mühüm deyil. Vacib olan dünyada mövcud olan praktikadan yararlanıb bu ənənəni başlamaqdır. Çünki klubların bir neçə əsas gəlir sahəsi var ki, biri də yayımdan gələn puldur. Yenə deyirəm, bu proses Klublar Komitəsinin məhsuludur. Kanal nümayəndələri lazımı avadanlıqları alıblar. Bu avadanlıq həm Bakıdakı, həm də regionlardakı oyunları yayımlamağa imkan verəcək. Ola bilər ki, bir turda 2-3 oyun nümayiş etdirilsin. Amma gələcəkdə stadionlarda stasionar qurğular da quraşdıra bilərlər. Belə olan halda hər dəfə texnikanı hansısa bölgədən Bakıya və ya başqa yerə daşımağa ehtiyac qalmayacaq. Oyunlar yayım xətrinə yayımlanmayacaq. Xarici ölkələrdən mütəxəssislər dəvət edilib. Onlar bir neçə ay burda oturub yayımın yüksək səviyyədə təşkil edilməsində iştirak edəcəklər. Kameraların sayı, eləcə də yayımın keyfiyyəti çox yüksək olacaq. Oyun zamanı statistik məlumatlar, birinci hissədən sonra müsahibələr, müzakirələr aparılacaq”.

Klublar Komitəsinin rəhbəri yenidən Premyer Liqanın sponsoru olan Topaz haqda isə bunları bildirib: “Topaz-ın rəhbərliyi ilə müəyyən danışıqlar aparıldı. Bu gün Topaz Premyer Liqanın sponsorudur və razılaşdırılmış vəsaiti həmin quruma ödəyəcək. Klublar isə bu məbləğə müdaxilə etməyəcək. Ancaq yayım və digər məsələlərdə gəliri klublar götürəcək. Təbii ki, klubların da, PFL-in də gəlir mənbələri olmalıdır”.

Nadirov stadionlarda polislərin azarkeşlərə zor tətbiq edilməsi məsələsinə də toxunub: “Onlar də öz vəzifələrini yerinə yetirirlər. Ola bilsin, xoşagəlməz hadisələr baş versin. Azərbaycanda elə klub yoxdur ki, bu prosesi yaşamasın. Qərara alındı ki, mövsüm ərzində 2-3 dəfə AFFA, PFL, klubların birinci şəxsi səviyyəsində oyunlar keçirilən rayonların polis şöbəsinin rəisi, və ya təhlükəsizliyi cavabdeh şəxsin iştirakı ilə iclas keçirilsin. Qanun qarşısında hamı eyni məsuliyyət daşıyır. Polis də Azərbaycan vətəndaşıdır, o da qanun çərçivəsində davranmalıdır. Belə hallar azarkeşləri küsdürə bilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30