25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Tale Heydərov: “Biz futbolçulara həmin məbləğdə mükafat verməmişik”

“Qəbələ”nin prezidenti Tale Heydərov Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” “Apollon”u məğlub etməklə Avroliqanın pley-off mərhələsinə yüksəldi. Komandanızın 1:0 hesabı ilə qalib gəlkdiyi görüş barədə nə deyə bilərsinisiz?

- Çox yaxşı oyun alındı. Sevindirici haldır ki, komanda bu görüşü qələbə ilə başa vurdu. İndi bu uğurun davamının gəlməsini arzulamalıyıq.

- İndi “Qəbələ”ni Avroliqanın qrup mərhələsindən cəmi 1 tur ayırır.

- Özümüz də inanmırdıq ki, bu mərhələyə gəlib çatarıq. Amma komanda əzmlə, həvəslə mübarizə aparır. Pley-offdakı rəqibimiz bundan da çətin olacaq. Amma məqsəd qrupa düşməkdir. Bunun üçün də komandadakı hər kəs əlindən gələni edəcək.

- Pley-off mərhələsinə qədər daha bir transfer mümkündürmü?

- Bu barədə danışıqlar gedir. Çox güman ki, daha bir futbolçunu heyətə qatacağıq. Yekun qərarı məşqçilər verəcək.

- Növbəti mərhələdə “Qəbələ”nin ev oyununu daha böyük azarkeş tutumuna malik olan stadionda keçirməsi mümkündürmü?

- Mümkündür. Bu məsələni müzakirə edəcəyik. İstənilən stadionda oynamağa hazırıq. “Bakcell Arena”da bu gün çox yaxşı ab-hava var idi. Bizi sona kimi dəstəkləyən azarkeşlərə minnətdaır.

- Futbolçulara mükafat verəcəyiniz məbləği açıqlaya bilərsinizmi?

- Rəqəm açıqlamıram. Amma onu deyim ki, keçən dəfə mətbuatda gedən rəqəm həqiqətuyğun deyildi. Biz futbolçulara o qədər mükafat verməmişik. Hər dəfə mərhələni keçdikcə oyunçuları həvəsləndirmək üçün mükafat ayırırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30