29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qalmaqal: Polislər azarkeşləri xəstəxanalıq etdi

Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Qəbələ” - “Apollon” görüşündən sonra qalmaqal baş verib. Futbolxeber.az-ın məlumatına görə, matç bitdikdən sonra polislərlə azarkeşlər arasında mübahisə düşüb. Nəticədə məsələ böyüyüb və polislər azarkeşləri döyüblər. İnsident nəticəsində bir neçə azarkeş ciddi xəsarət alıb. Həmçinin fanatlardan bəziləri həbs də olunub. Xəsartə alan fanatlara “Qəbələ”nin həkimləri ilkin tibbi yardım göstəriblər.

Xoşagəlməz olay baş verdikdən sonra “Qəbələ” rəsmiləri hadisə yerində olublar. Klub nümayəndələri ilə bəzi azarkeşlər arasında da mübahisə düşüb. Sonradan azarkeşlərlə görüşən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov hadisəni araşdıracaqlarını, günahkarlar barədə ölçü götürüləcəyini bildirib. Sonda xəsarət alan fanatlardan bəziləri xəstəxanaya aparılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31