18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Hazırkı “Qəbələ” o vaxt oynadığım komandadan çox fərqlənir”

“Qəbələ”nin sağ cinah oyunçusu Samir Zərgərov “Çukariçki”ylə oyunda “qırmızı-qaralar”a qayıdışını rəsmiləşdirib. Futbolxeber.az-ın məlumatına görə, o, “Qəbələ” İK qəzetinə açıqlamasında debütünü səbirsizliklə gözlədiyini söyləyib: “Məncə, oyunum yaxşı alındı. Komandamız tarixində ilk dəfə avrokuboklarda III mərhələyə keçdi. Güman edirəm, davamı gələr. Hər məşqdə çox çalışıram ki, oyuna tam hazır olum. Baş məşqçi nə vaxt şans versə, meydana çıxıb əlimdən gələni edəcəyəm”.

Samir üçün “Qəbələ” hələ xeyli öncə doğma kluba çevrilib. Təcrübəli futbolçu 3 il şərəfini qoruduğu komandaya qayıtmaq təklifini müsbət dəyərləndirib: “Hazırda komandada özümü rahat hiss edirəm. Əlbəttə, hazırkı “Qəbələ” o vaxt oynadığım komandadan çox fərqlənir. İndi klubda şərait idealdır. Futbolçuların səviyyəsində də fərq var. Çalışırıq yeniliklərə alışaq. “Qəbələ” də əsas məqsədim hər zaman start heyətdə oynamaqdır”.

Komandada ilk avrokubok matçını keçirən Zərgərov Avropa Liqasında sonuncu matçına 2013-cü ildə “İnter”in heyətində Norveçin “Tromse” klubu ilə oyunda çıxmışdı. O, turnirin səviyyəsindən fərqli olaraq, hər matça ciddi yanaşır: “Mənim üçün ölkə çempionatı, kubok, avroliqa oyunu fərq etmir. Əsas odur ki, öz oyununla komandaya fayda verəsən. Əlbəttə, avrokuboklar daxili yarışlardan fərqlənir. Avroliqada hər bir matç mənim üçün önəmlidir”.

Samir “Qəbələ”nin Avropa Liqasında inamla irəliləməsində baş məşqçinin rolunun böyük olduğunu düşünür. Onun sözlərinə görə, “Qəbələ” Avropa Liqasında iki mərhələ keçsə də, bununla kifayətlənmək niyyətində deyil: “İndiyədək bir neçə baş məşqçiylə işləmişəm. Hər birinin özünəməxsus məşq, oyun üslubu, taktikası var. Roman Qriqorçukun tapşırıqlarını yerinə yetirmək üçün əlimdən gələni edirəm. Hazırda bütün diqqətimizi “Apollon”la cavab oyununa yönəltmişik. İndidən pley-off, qrupa düşmək haqda fikirləşmirik. Komandamızın ev oyunlarında çox yaxşı təsir bağışlaması Kipr klubunu da keçəcəyimizə inam yaradır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30