18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tahir Gözəl: “Qarabağ” Azərbaycanı cəsarətlə təmsil etdi”

“Möhtəşəm oyuna şahidlik etdik. Ancaq istədiyimiz nəticə alınmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşması - “Qarabağ” - “Seltik” oyunundan (0:0) sonra apasport.az saytına açıqlama verən klub rəsmisi oyun haqqında fikirlərini bildirib: “Unutmayaq ki, qarşımızdakı rəqib yaxın keçmişdə hətta “Barselona”nı məğlub etmiş komandadı. Bu komandada “Mançester Yunayted”də oynamış futbolçular oynayır. Buna baxmayaraq, “Qarabağ” Azərbaycanı cəsarətlə təmsil etdi. Oyundan razı qaldım. “Qarabağ”la fəxr edirəm”.

Yeni transferlərin çıxışı haqqında verilən suala cavab olaraq isə Tahir Gözəl bütün oyunçulardan razı qaldığını deyib: “Mən ayrı-ayrı oyunçular haqqında danışmaq istəmirəm, ümumiyyətlə, komandadan razı qaldım. Əsas önəmli olan baş məşçqi Qurban müəllimin fikirləridi. İnanıram ki, onlar tədricən komandaya uyğunlaşacaqlar və öz bacarıqlarını tam göstərə biləcəklər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30