18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qriqorçuk kiprlilərin vəhşiliyindən danışdı: “Kimsə ölsəydi, necə olacaqdı?”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının üzvü Cavid Hüseynovun “Apollon”a qarşı keçirilən oyunda etdiyi qeyri-etik jestdən danışıb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis kiprli azarkeşlərin hərəkətlərini vəhşilik adlandırıb: “Cavidə haqq qazandıra bilmərəm. Amma onu cəzalandırmasalar, təəccüblənmərəm. Çünki baş verənlər səbəbsiz deyildi. “Apollon” azarkeşləri penaltinin təyin olunmasından sonra özlərini vəhşi kimi apardılar. İnsanlar meydandakı digər şəxslərə şüşə, daş və digər əşyalar atırdılar. Kimsə ölsəydi, necə olacaqdı? İlk növbədə bu haqda düşünməliyik. Əslində, oyun yarımçıq dayandırılmalı və “Qəbələ”yə 3:0 hesablı texniki qələbə verilməliydi. Belə çıxır ki, gözləyirlər ki, kimsə ölsün, sonra cəza versinlər? Bir ölkənin bayrağının yandırılması, təhqir olunması yolverilməz haldır. Bunu Kipr xalqı üçün biabırçılıq hesab edirəm”.

Qriqorçuk bildirib ki, bu hərəkət cavabsız qalmalıdı: “Məncə, azərbaycanlı azarkeşlər təxribata uymamalıdırlar. Onlar rəqibə qarşı hörmətlə yanaşmalıdırlar. Beləcə, onlar Azərbaycan xalqının qonaqpərvərliyini görəcəklər. Bu, həm də digərlərinə nümunə olar”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30