28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Roman Qriqorçuk: “XXI əsrdə belə söhbətlərin olması gülüncdü”

“Sabahkı oyunda hakimin portuqaliyalı olması məni maraqlandırmır. Ümumiyyətlə, bu cür məsələni şərh etməyim qəribə gəlir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. 

Sabah Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində öz meydanında “Apollon”u qəbul edəcək “Qəbələ”nin çalışdırıcısı hazırda oyunöncəsi mətbuat konfransı keçirir.

Ukraynalı mütəxəssis sabahkı matçın baş hakiminin “Apollon”un baş məşqçisi Pedro Emanuel kimi portuqaliyalı olmasının önəm daşımadığını bildirib: “Hakimin hansı ölkədən olmasının nə fərqi var ki? Ümumiyyətlə, bunu əvvəldən təşkil etmək çox çətindi. Onsuz da bu gün Avropada hər bir klubun heyətində əcnəbilər var. XXI əsrdə belə söhbətlərin olması gülüncdü. Hakim indi bilirsiz nə ilə məşğuldu? O, komandaların heyətlərindəki futbolçuları analiz edir. Hakim üçün hər şeydən öncə öz imicidir. İlk oyundan əvvəl hələ Sergey Boykonun yüksəksəviyyəli hakim olduğunu demişdim. Fikrimdə qalıram.Yəqin ki, ilk oyundan sonrakı müddətdə hər kəs onun qərarının düzgün olduğunu görüb”.

Qriqorçuk komandasının meydana qələbə üçün çıxacağını deyib: “Əminəm ki, bizi sabah çətin oyun gözləyir. Səbəb odur ki, rəqibimiz çox güclüdür. İlk oyunda 1:1 hesablı heç-heçəyə imza atmağımız hələ heç nə demək deyil. Rəqibin heyətində çox istedadlı, sürətli futbolçular var. Elə oyunçuları zərərsizləşdirmək daim çətin olur. Hazırki durumda ilk matçın nəticəsi barədə düşünmürük. Bu oyunda daha yaxşı təşkilatlanmış “Qəbələ” görəcəyənizi söyləyə bilərəm”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31