20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Seltik”in kapitanı: “Qarabağ”ı keçəcək gücdəyik”

“Biz böyük klubuq. “Qarabağ” səddini keçəcək gücdəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Seltik”in kapitanı Skott Braun deyib.

 UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”la cavab matçına çıxacaq Şotlandiya təmsilçisinin hədəfi qrupa düşməkdi.

Braun da Şotlandiya mətbuatına açıqlamasında məqsədlərinə çatacaqlarına inandığını bildirib: “Bizim tək istəyimiz Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq və azarkeşlərimizi sevindirməkdi. “Qarabağ”ı keçsək, bu yolda böyük addım atmış olarıq. Güclü komandayıq və bu mərhələni keçməliyik. Erkən qol vursaq, əla olar. Komanda şəklində düzgün müdafiə olunmaq lazımdı. Fikrimcə, həm qol vura, həm də qapımızın toxunulmazlığını qoruya bilərik”.

30 yaşlı yarımmüdafiəçi eyni zamanda “Qarabağ”dan çəkindiklərini də etiraf edib: “Qarabağ” texnikalı komandadı. Azərbaycan komandasının yüksək səviyyəli oyunçuları var. Fərdi bacarıqlarının olmasına baxmayaraq, komanda oyununa daha çox üstünlük verirlər. Onlara nəzarəti ələ keçirmək imkanı vermək olmaz. Topla daha çox oynamalı və matçın tempini biz müəyyənləşdirməliyik”.

Qeyd edək ki, “Qarabağ” - “Seltik” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq. Bu komandalar arasında “Seltik Park”da keçirilən ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30