20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İsmət Qayıbov”un qazonu göz oxşayır: “Bakının istisi” sadəcə bəhanədi

Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Apollon”u qəbul edəcək “Qəbələ” qarşıdakı görüşün hazırlığını davam etdirir. Roman Qriqorçukun komandası bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda növbəti məşqini keçib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin məşqində ən çox diqqətçəkən məqamlardan biri hazırlıq prosesinin baş tutduğu arenanın ot örtüyü olub. Aşağıdakı fotolarda qazonun göz oxşadığı açıq-aşkar görünür. Bu məsələni isə əbəs yerə qabartmadıq.

Məlum olduğu kimi, “Qarabağ” - “Seltik” görüşü öncəsi Tpfiq Bəhramov adına Respublika stadionunun qazonu bərbad hala düşüb. Qazona cavabdeh olan "Football and Sports Management" şirkəti öt örtüyünün pis vəziyyətə düşməsinə səbəb kimi Bakıda hökm sürən istiləri göstərir. Belə ki, şirkətin icraçı direktoru Fərman Əlizadə qazonun durumunun anormal istilər səbəbindən pisləşdiyini bildirib. O, hətta qeyd edib ki, belə anomal isti şəraitində stadionun ot örtüyünü yaxşı vəziyyətdə saxlamaq çox çətindi.

Yəqin ki, "Neftçi İSM"in balansında olan “İsmət Qayıbov”un hazırkı durumunu fotolardan görürsüz. Necə olur bəs, bu arenada çalışanlar anormal istilərə qalib gəlirlər? Məgər, İsmət Qayıbov stadion və ya Bakıxanov qəsəbəsi Bakıda yerləşmir? Qısaca, 50 və 500 minlik meydançalar arasındakı fərq göz önündədir. Amma 50 minlik qazonun durumunun daha yaxşı vəziyyətdə olması maraq doğurur.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30