25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurban Qurbanov: “İlk qolu vuraq, sonrasını fikirləşərik”

“Vacib oyuna çıxırıq. Yaxşı komandaya qarşı oynayırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Seltik”i qəbul edəcək Ağdam klubunun çalışdırıcısı hazırda oyunöncəsi mətbuat konfransı keçirir.

Qurbanov ilk oyunda qeydə alınan 1:0 hesablı qələbədən sonra rəqibin üstün tərəf olduğunu qeyd edib: “Seltik” yaxşı komplektləşmiş komandadır. Bizim üçün məsuliyyətli və vacib oyundur. Qlazqoda qeydə alınan nəticədən sonra üstünlük rəqibin tərəfindədir. Amma qarşıda 90 dəqiqə var. Futbolçularımız sona qədər mübarizə aparacaq. Son saniyələrə kimi komanda əlindən gələni edəcək. Azarkeşləri sevindirmək istəyirik”.

Təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına qazonun durumunun pisləşməsinə də münasibət bildirib: “Qazon sürətli və baxımlı oyuna mane ola bilər. Amma havalar isti olduğundan qazonun da durumu pisləşib. Bununla belə, başqa çıxışımız yoxdu”.

“Qarabağ”ın çalışdırıcısı heyətdə dəyişikliklər ola biləcəyini istisna etməyib: Bəzi dəyişiklik ola bilər. Çalışacağıq ki, şanslardan istifadə edək. İlk qolu vuraq, sonrasını fikirləşərik. Əsas qol buraxmamaqdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30