28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

CBC TV-nin baş direktoru: “Premyer Liqanın oyunlarını Türkiyə şirkəti çəkəcək”

“CBC TV çəkilişləri 8-12 kamera ilə aparmağı, yaxın müddətdə idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb”. Futbolxeber.az-ın məlumatına görə, bunları CBC TV-nin Baş direktoru Azər Xəlilov sivil.az saytının müxbirinə bildirib.

Önun sözlərinə görə, hələlik oyunların yayımı Türkiyənin məşhur “Saran Holding” şirkəti vasitəsilə həyata keçiriləcək. Azər Xəlilov bildirib ki, adıçəkilən şirkətin peşəkar mütəxəssisləri parallel olaraq CBC şirkətinin əməkdaşlarına təlimlər keçəcəklər. Təlimlər btdikdən sonar bütün yayım yerli televiziyanın əməkdaşlarının öhdəsində olacaq.

Baş director gələcəkdə CBC Sport kanalının yaradılması ilə bağlı müzakiələrin aparıldığını da deyib.

Xatırladaq ki, qarşıdakı mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarını CBC TV yayımlayacaq. Telekanal Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının elan etdiyi tenderdə qalib gəlib. Tərəflər arasında bağlanmış razılaşmaya görə telekanal yayım hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcəkdir. İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə oyunlar rus dilində şərh ediləcək. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official ) kanalında yayımlanacaqdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31