20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Seltik”in üzvü: “Bu uşaqları ziyarət etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”

“Sabah bizi böyük oyun gözləyir. Ancaq doğulub böyüdüyüm ölkəmə yaxın olan bu uşaqları ziyarət etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən Türkiyədə doğulmuşam və necə böyüdüyümü də xatırlayıram". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Seltik"in türk əsilli futbolçusu Nadir Çiftçi klubun rəsmi saytına açıqlamasında deyib.

Bu gün "Seltik"in heyətində Bakıda Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbini ziyarət edən türkiyəli futbolçu Azərbaycanda ölkəsinin qoxusunu aldığını bildirib: "Azərbaycanda daha öncə olmamışdım. Ancaq burada Türkiyənin qoxusunu aldım. Hətta havanın hərarəti də Türkiyədəki kimidir. Burada olmaq və uşaqları görmək çox gözəldir. Onlara nəsə verə bilmək fantastik hisdir.

Bura gələrək uşaqlara formalar paylamaq və onlarla futbol oynamağın "Seltik" kimi böyük klub üçün nə demək olduğunu yaxşı bilirəm. Eyni zamanda bunun bizim və uşaqlar üçün də nə demək olduğunu anlayıram. Klubumuzun bu ziyarəti böyük jest idi. "Seltik" dünyada xeyriyyəçi klub kimi tanınır. Artıq mən də bu barədə daha çox məlumat almaq üçün komandanın yanındayam. Burada iştirak etmək həqiqətən əhəmiyyətli və gözəldir. Bakıda hərarət çox yüksəkdir, xüsusən də binaların içərisində. Lakin uşaqlarla futbol oynamaq gözəl oldu".

Sabahkı oyun haqda da danışan Nadir Çiftçi "Qarabağ"la matça hazır olduqlarını bildirib: "Komandada əhval-ruhiyyə yaxşıdır. Biz artıq ilk oyunda 1:0 hesabı ilə qələbə qazanmışıq. Havanın isti olacağını bilirik. Lakin biz axşam, havanın elə də isti olmayan vaxtında oynayacağıq. Bununla belə, həm istiyə, həm də "Qarabağ"a qarşı oynamağa hazırıq. İlk matçda "Qarabağ"ın topla oynamağı sevən komanda olduğunu gördük. Qol vurmaq şansımız olarsa, bundan istifadə etməliyik" (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30