28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramin Quliyevin rəhbərliyi altında “Qəbələ” rəqib tanımır

UEFA Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ”nin əvəzedici komandası 2015/16 mövsümünün hazırlığını tamamlayıb. Futbolxeber.az-ın məlumatına görə, Ramin Quliyevin yetirmələri artıq yeni mövsümün ilk turunun “Qarabağ”la qarşılaşmasına hazırlaşır. Əvəzedicilər Qəbələdə baş tutan 4 həftəlik, mərhələli təlim-məşq toplanışına iyulun 1-də start verib. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirən komanda bütün qarşılaşmalarda qalib gəlib. İlk yoxlama matçını ayın 16-da keçirən Quliyevin yetirmələri Azərbaycanın U-19 millisini 2:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Əli Əlizadə və Ülvi İbazadə fərqləniblər. İki gün sonra “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələn komanda 2:0 hesabı ilə qalib gəlib. Bu dəfə İbazadə və Baxşəli Baxşəliyev rəqib qapısına yol tapıblar. İyulun 24-də Bakıda “İnter”in əvəzedicilərinin qonağı olan “Qəbələ” növbəti qələbəsini qazanıb 2:1. Komanda Şamil Camaləddinov və Ehtiram Şahverdiyevin qolları ilə rəqibini məğlub edib. İyulun son gününə təsadüf edən 4-cü yoxlama oyununda rəqib bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” olub. “Qırmızı-qaralar” görüşün taleyini ilk yarıda həll edib. Sahil Mirzəyev, Elvin Camalov, Roman Hüseynov, Emin Zamanov və Ehtiram Şahverdiyevin qolları ilk 45 dəqiqənin nəticəsini rəsmiləşdirib - 5:0. Fasilədə heyəti dəyişərək, daha çox gənclərə güvənən Quliyevin yetirmələri matçı 6:3 hesablı qələbə ilə başa vurub. Komandanın son qolunu “Qəbələ” akademiyasının U-17-dən cəlb olunan Rövlan Muradov vurub.

O, mövsümlərarası fasilədə əvəzedici heyətə qatılan 10 futbolçudan biridir. Onunla yanaşı, akademiyanın U-17 komandasından Hacıağa Hacılı, Amin Seydiyev və Baxşəli Baxşəliyev də Quliyevin rəhbərliyi altında çıxış edəcək. Əli Əlizadə, Elmiz İsmayılov, Əziz İsmayılov, Süleyman Süleymanov isə klubun U-19 komandasından cəlb olunub. Bakı “İnter”indən heyətə qatılan Ülvi İbazadə və sabiq “Simurq”lu Yusif Dilanov da yoxlama oyunlarında şans qazanıblar.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31