26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mahir Şükürov: "Buna görə özümü çox xoşbəxt hiss edirəm"

“Bu çempionluq mənim üçün xüsusilə əlamətdar oldu. Çünki karyeramda ilk qızıl medalları “Neftçi”nin heyətində əldə etdim. Ölkə kubokunu da qazanaraq, qızıl dubl etmək şansımız var. Bununla yanaşı, Azərbaycan futbol tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsində oynadıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Mahir Şükürov deyib.

Klubun rəsmi saytına açıqlama verən Şükürov komanda ilə yeni müqavilə imzalamasına da toxunub: "Flaqmanla yeni anlaşmaya gəlincə, buna görə özümü çox xoşbəxt hiss edirəm. Klub rəhbərliyinin göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ağ-qara formanı geyinmək həm böyük şərəf, həm də məsuliyyətdir. Əsas məqsədimiz avrokuboklardakı uğurumuzun davamını gətirməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30