29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azad Rəhimov: “Avro-2020" üçün iki stadionumuz var”

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı fikirlərini açıqlayıb. Lent.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika stadionunun qitənin ən nüfuzlu futbol turnirini təşkil etməyə hazır olduğunu bildirib.

A.Rəhimov 2020-ci il Avropa çempionatı yeni səpkidə keçiriləcəyini xatırladıb. O bildirib ki, UEFA tərəfindən təqdim olunan layihəyə əsasən, çempionat müxtəlif ölkələrdə təşkil olunacaq, yarımfinal və final oyunları ayrı-ayrı şəhərlərə bölünəcək. Bu baxımdan, nazir Bakıda çempionat oyunlarını qəbul etmək imkanlarının yarandığını söyləyib: “Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini versə də, qısa siyahıya düşə bilmədi. Qaydalara görə, olimpiadaya namizədliyini verən ölkə həmin il təşkil olunacaq Avropa çempionatı uğrunda mübarizəyə qoşula bilməzdi. Qısa siyahıya düşə bilmədiyimiz gündən düşünürdük ki, Avropa çempionatı bizim üçün ölkəmizin idman potensialını nümayiş etdirmək və futbolumuzu inkişaf etdirmək, futbol həvəskarlarını sevindirmək baxımından çox əlverişli imkandır. Ən əsası odur ki, ölkələrə bölündükdə Azərbaycandan əvvəlki Avropa və ya dünya çempionatlarında olduğu kimi 6, 8, 12 stadion tikmək, bunlara böyük vəsait sərfi, həmin arenaları gələcək yarışlarda da tamaşaçılarla doldurmaq tələb olunmur. Bu şərt hazırda qarşımızda yoxdur. Bizi sevindirən odur ki, qalib gəlsək, bu, hazırda tikilən 68 min nəfərlik Bakı Olimpiya Stadionunun çempionat oyunlarına ev sahibliyi etməsi üçün gözəl imkandır və bütün dünyaya belə gözəl idman qurğusunu nümayiş etdirə bilərik”.
 
A.Rəhimov yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionunun da bütün tələblərə cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa çempionatında qrup oyunlarının Bakıda təşkilinə qərar verilsə, Bakı Olimpiya Stadionu ilə yanaşı, Respublika stadionundan da yararlanmaq olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31