25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” “Apollon”la cavab oyununun hazırlığına başladı

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyunun (1:1) ardından bir gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib. Dünən baş tutan axşam məşqi ADBTİA stadionunda keçirilib. Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar. “Qəbələ” avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın hazırlığını paytaxtda davam etdirəcək. Komanda bu gün axşam məşqini İsmət Qayıbov adına Bakıxnov qəsəbə stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30