20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Gəncə stadionunda təmizlik işləri aparılır

Gəncə şəhər stadionunda son 3-4 gündə təmizlik işləri aparılır. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, tribunalarda sıradan çıxmış plastk oturacaqlar sökülür, yay mövsümünə uyğun olaraq stadionun ərazisində alaq otları biçilir, yaşıllıqlar suvarılır.

“Kəpəz” PFK-nın Müşahidə Şurasının qərarına əsasən, komandanın ev oyunlarının məhz bu arenada keçirilməsi nəzərdə tutulur və Gəncə şəhər rəhbərliyi də bu işdə kluba yaxından dəstək verir.

İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov açıqlamasında deyib: “Stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb. Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməclik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu “Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidir. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər.”

Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun yarıməsrlik tarixi var. Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30