25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "Məğlub ola biləcəyimizi əvvəldən demişdim"

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Seltik"ə 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  oyundan sonra mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Futbolxeber.az-ın məlumatına görə, Qurbanov cavab oyununda azarkeşlərə güvəndiyini bildirib: "Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. "Seltik"in baş məşqçisini və futbolşularını təbrik edirəm. Mən komandamdan razıyam, yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda 10 minlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. "Qarabağ"ın da "Seltik" kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər".

Qeyd edək ki, "Qarabağ" və "Seltik" arasında cavab görüşü avqustun 5-də, Bakıda saat 21:30-da başlanacaq.

Mənbə: sportal.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30