24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qriqorçuk: “Hər şey edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq”

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə ilk oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Düşünürəm ki, niyyətimiz də eynidir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. Biz sabah mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq. Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadır. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır. Kipr komandasının ən güclü tərəfi oyunçularının fərdi ustalığıdır. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərin effektli oyununu da qeyd etmək olar. Məhz sadaladıqlarım da “Apollon”un əsas güclü tərəfidir”.

 

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30