20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Millimizin ermənilər üzərində tarixi qələbəsinə şahid olan hakim "Qəbələ" - "Apollon" oyununda

Xəbər verdiyimiz kimi, Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçının portuqaliyalı Duarte Qomeş idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 13 ildir FIFA referisi statusunu daşıyan portuqaliyalı azərbaycanlı futbolsevərlərə tanışdır.

O, 2013-2014 mövsümündə Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Ayntraxt” - “Qarabağ” görüşünü idarə edib. Həmin görüş almanların 2:1 hesablı qələbəsi ilə tamamlanıb.

Bundan başqa, Duarte Qomeş Azərbaycanın U-19 millisinin 2 görüşündə də baş hakim olub. Həmin matçlardan biri Azərbaycan futbolunun tarixinə düşüb. 2006-cı ildə Qomeşin idarə etdiyi Ermənistan - Azərbaycan matçı yığmamızın 2:1 hesablı tarixi qələbəsi ilə başa çatıb. Həmin tsikldə baş tutan və Qomeşin idarə etdiyi Kipr - Azərbaycan matçı isə 1:1 hesabi ilə yekunlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30