29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən son dəqiqə qələbəsi

“Neftçi” PFK Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Səudiyyə Ərəbistanının “Əl-Fasali” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 20-ci dəqiqədə Aylton açıb. Bundan sonra bir neçə qol epizodunu boşa verən “ağ-qaralar” 90+1-ci dəqiqədə qapısında qol görüb. Buna baxmayaraq, cəmi 1 dəqiqə sonra Melli toru silkələyib. İspaniyalı futbolçu Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirib.

“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Melli, Elvin Bədəlov, Kamal Qurbanov, Aylton, Erik Ramos, Kaue, Rəhman Hacıyev, Araz Abdullayev, Samir Məsimov, Məhəmməd Qurbanov.

Sonradan meydana daxil olanlar: Borislav Stoyçev, Ruslan Qurbanov, Məqsəd İsayev, Fəhmin Muradbəyli.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31