26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi" qızıl, "Bakı" gümüş, "Xəzər Lənkəran" bürünc medallara sahib çıxdı

 

Bu gün Bayıl stadionunda AFFA-nın U-14 Liqasının 2012/2013-cü il mövsümünə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, III yer uğrunda oyunda "Lokomotiv" və "Xəzər Lənkəran" komandaları qarşılaşıb. 1:0 hesabı ilə qələbə qazanan Lənkəran təmsilçisi bürünc medallara sahib çıxıb. Final oyununda "Neftçi" və "Bakı" üz-üzə gəlib. Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast vuran "Neftçi" 5:4 hesabı ilə qələbə qazanaraq AFFA-nın U-14 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olub.
Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert və 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov təqdim edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30