20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Adil Şükürov: “Komandanın oyunundan razı qaldım”

“Zirə”nin baş məşqçisi Adil Şükürovun hazırlıq prosesi çərçivəsində Gürcüstanın “Kolxeti” klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan danışıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında Şükürov deyib: “Komandanın oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə özlərini necə hiss etdiklərini görək. Futbolçuların hamısına inanırıq, tam olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama oyunları həm də bu baxımdan vacibdir. Ümumi yüklənmə dövründə belə oynamaları normal idi. 2-ci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq. Xətlər arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidi. Biz səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30