28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən 350-ci, Ürfan Abbasovdan 100-cü oyun

“Qəbələ” tarixinin 350-ci rəsmi matçını keçirib. Futbolxeber.az-ın məlumatına görə, peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən komanda üçün yubiley matçı UEFA Avropa Liqasına təsadüf edib. II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunu “qırmızı-qaralar”ın 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan “Şərur”la I dəstə oyununa (8:0) təsadüf edən komandamız 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.

“Çukariçki” ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudur. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində “Qəbələ”yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.

“Çukariçki” ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Vojislav Stankoviç “Qəbələ”də debüt edib. O, 10 ildə “qırmızı-qara” forma geyən 191-ci futbolçudur. Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, “Qəbələ”də qol sevinci yaşayan 95-ci oyunçudur.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tiflisin “Dinamo”sunun (1:2, 2:0) ardından Serbiya “Çukariçki”sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31