18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Nəyə görə "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanmasın?”

AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- “Qarabağ”ın ardınca “Qəbələ” və “İnter” də avrokuboklarda üçüncü mərhələdə adladı. Bununla bağlı nə deyə bilərsiz?

- Sevindirici haldır ki, “Qəbələ” və “İnter” gözəl nəticəyə imza atdı. Ümüd edirəm ki, növbəti mərhələdə də azarkeşləri sevindirəcəklər. Futbolda belədir ki, komanda oyundanpoyuna daha yaxşı forma yığır. Ötən mövsüm "Qarabağ"da bunu gördük. Ümid edək ki, "Qəbələ" də növbəti mərhələlərdə bundan da artığını edəcək. Azarkeşləri, futbol ictimaiyyətini sevindirəcək. Nəyə görə "Qəbələ" qrup mərhələsinə vəsiqə qazanmasın?

- "İnter"ə səfərə yollanması üçün növbəti mərhələdə də AFFA tərəfindən maddi yardım göstəriləcək?

- Bu günədək də "İnter"ə Azərbaycan Beynəlxalq Bankı sponsorluq edir. Yəqin ki, belə də davam edəcək. Mən eşitməmişəm ki, bank klubdan imtina etsin.

- Amma bankın rəhbərliyində də dəyişiklik olub. Cahangir Hacıyevin əvəzinə Elmar Məmmədov seçilib. Bu dəyişiklikdən nə isə gözləmək olar?

- Hər halda "İnter"ə sponsorluq edən bankın özü dəyişməyib, rəhbəri dəyişib. Sponsorluq müqaviləsi isə davam edir.

- Gəlin, konkretləşdirək: "İnter" Azərbaycan Beynəlxalq Bankının himayəsindədir, yoxsa Cahangir Hacıyevin?

- Bu kluba hər zaman Azərbaycan Beynəlxalq Bankı sponsorluq edib. Lisenziyaya uyğun olaraq, rəsmi sponsor məhz bu bankdır.

- Amma klub prezidenti Georgi Nikolov açıqlamalarında "İnter"lə bağlı Cahangir Hacıyevlə tez-tez görüşdüyünü bildirir...

- Bunu Nikolovun özündən soruşun. Mən onun əvəzinə nə isə deyə bilmərəm. Bəli, biz "İnter"ə köməklik etmişik. Klubda maliyyə problemləri var idi. "İnter" bizə müraciət etdi. Onsuz da bilirik ki, UEFA-dan komandanın Avropa Liqasındakı çıxışı ilə əlaqədar ilin sonunadək müvafiq məbləğ köçürüləcək. Ona görə də AFFA rəhbərliyi qərar qəbul edib ki, problemi uzatmayaq. Komanda üçün çarter reysi təşkil etdik, İslandiyaya gedib-qayıtdılar. UEFA-dan pul gələndə ödədiyimiz məbləği götürərək, qalanını "İnter"in hesabına köçürəcəyik.

- Deməli, "Atletik"lə səfər oyununa xərcləri də AFFA ödəyəcək?

- Hələ bu məsələ danışılmayıb. Əvvəlki mərhələdə hər şey tez baş verdi. "İnter" səfərə 2 gün qalmış müraciət etdi. Maliyyə problemlərinin olduğunu bildirərək, səfər üçün vəsait ayrılmasını xahiş etdi. AFFA rəhbərliyi də göstəriş verdi ki, müvafiq köməklik göstərilsin. Növbəti mərhələ üçün səfər məsələsinə isə hələlik aydınlıq gəlməyib.

- AFFA "İnter"dəki vəziyyətin düzəlməsi üçün hansı addım atmaq niyyətindədir?

- AFFA hər zaman klubları düşünür. Hazırda ciddi problemlər var. Biz də çalışacağıq ki, bu problemi birdəfəlik, uzunmüddətli aradan qaldıraq. Hər şeyin qaydasında olacağına ümid edirəm.

- "Simurq" niyə fəaliyyətini dayandırdı?

- Bunu klubdan soruşun. Düzdür, AFFA prezidenti Rövnəq Abdullayev "Simurq"un mübarizəni dayandırmayacağını demişdi. Çünki klub rəhbərliyi bizə eyni sözləri deyirdi. Lakin Peşəkar Futbol Liqasına məktub yazıblar ki, Premyer Liqada iştirak edə bilməyəcəyik. Əlbəttə, biz istərdik ki, "Simurq" fəaliyyətini dayandırmasın, çıxışlarını davam etdirsin. Təəssüf ki, bu, baş vermədi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30