28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Çukariçki” ilə oyundakı səhvləri “Apollon”a qarşı təkrarlamamalıyıq”

 “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” “Dinamo”nun ardınca, “Çukariçki”ni də mübarizədən kənarlaşdırdı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Çox çətin oyun keçdi. Qarşılaşmanın gərgin alınacağını da gözləyirdik. Çünki ilk görüşdə oyunumuz alınmamışdı. Amma cavab oyununda komandaya inanırdım. Düşünürdüm ki, komanda xarakter göstərməliydi. Futbolçular yaxşı oyun sərgilədilər və layiqli qələbə qazandıq.

- Tale Heydərov oyundan sonra paltardəyişmə otağında oldu. Klub prezidenti futbolçulara nə dedi?

- Komandanı qələbə münasibəti ilə təbrik etdi. Bildirdi ki, növbəti mərhələdə də futbolçulardan uğur gözləyir.

- Növbəti rəqib Kiprin “Apollon” klubudur...

- “Apollon” güclü rəqibdir. Ona görə də qarşıdakı oyuna daha yaxşı hazırlaşmalıyıq. “Çukariçki” ilə oyundakı səhvləri qarşıdakı matçlarda təkrarlamamalıyıq.

- Rəqib haqda hansı məlumatlarınız var?

- Sözün açığı, hələ ki elə də geniş məlumata sahib deyiləm. Amma məşqçilərimiz rəqibi analiz edəcəklər. Qarşıdakı günlərdə daha dolğun informasiya əldə edəcəyik. Bilirəm ki, Avroliqada keçirdikləri oyunlarda hələ qapılarından qol buraxmayıblar.

- “Dinamo” ilə cavab oyununda sonra hücumçu transfer edəcəyinizi bildirmişdiniz. Keçid nə yerdə qaldı?

- Namizədlərimiz var. Hücumçu transfer etməliyik. Hazırda danışıqlar gedir. Siyahımızda olanlar əcnəbi hücumçulardı. Yəqin ki, qarşıdakı günlərdə məsələ həllini tapacaq.

- Qarşıdakı günlərdə transfer reallaşacağı halda, həmin futbolçunun “Apollon”la oyunlarda “Qəbələ”yə kömək etməsi mümkündü?

- Yox, transferin elə tez reallaşacağına inanmıram. Bəlkə də keçidi ilk oyuna kimi reallaşdırarıq. Amma “Apollon”a qarşı oyunlarda iştirak edəcəyini düşünmürəm.

- Hazırkı heyət “Apollon”u keçmək üçün kifayət edəcək?

- Hər şey ola bilər.

- Amma “Çukariçki” ilə oyunun sonunda komandada müəyyən problemlər olduğu görünürdü. Xüsusən də fiziki baxımdan...

- Razıyam. Problemlər hiss olunurdu. Çünki həm komandamız təlim-məşq toplanışını tam keçməyib, həm də yeni oyunçular çoxdur. Komandanın tam bir-birinə uyğunlaşması üçün vaxt lazımdı. Lakın bütün problemlərə baxmayaraq, “Qəbələ” xarakter nümayiş etdirdi.

- Həm birinci, həm də ikinci mərhələdə “Qəbələ” ilk oyununu səfərdə keçirdi. “Apollon”la ilk oyunun sizin üçün harada keçirilməsinin fərqi var?

- Ciddi bir fərq olacağını düşünmürəm. Futboldu və 90 dəqiqə mübarizə aparmaq lazımdı.

- Həm “Qəbələ”, həm də “Qarabağ” avrokuboklarda III mərhələyə adladı. Bu səbəbdən də Premyer Liqanın ilk turunda Ağdam klubuna qarşı oyununuzun təxirə salınacağını gözləmək olar?

- Bəli, həmin oyunun təxirə salınması mümkündür.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31