19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Vacib olan komanda oyunu göstərməyimiz idi”

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qəbələ” - “Çukariçki” (Serbiya) matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis deyib: “Stadionda möhtəşəm atmosfer var idi. Sevinirəm ki, azarkeşlərə qələbə sevinci bəxş etdik. Qarşılaşma boyu çox həyəcanlı idim. Komandamızı dəstəkləyən azarkeşlərin etimadını doğrultmaqla bağlı narahatlıq keçirirdim. Amma əsas odur ki, bunu bacardıq. Yaxşı oyun göstərdik. Deməzdim ki, oyunumuz ideal idi. Amma taktiki cəhətdən ağıllı oynayıb, daha hərəkətli olduq, xarakter nümayiş etdirdik. Komandamızın meydana ancaq qələbə qazanmaq üçün çıxdığı hiss olunurdu. Mənim üçün vacib olan komanda oyunu göstərməyimiz idi. “Çukariçki” ilə cavab qarşılaşmasında meydanda əsl komanda var idi”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30