25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Zaur Svanadze: “Bu cür oyunla "Atletik"ə qarşı heç nə edə bilmərik”

“Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. Birinci hissədə pis oynamadıq. Ancaq fasilədən sonrakı ilk dəqiqələrdə bərbad oynadıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 UEFA Avropa Liqası II tur cavab qarşılaşması “İnter” - “Hafnarfyordur” (2:2) oyunundan sonra mətbuat konfransı keçirən gürcü mütəxəssis oyunu şərh edib: “Yaxşı ki, oyunun gedişatında dönüş yarada bildik. Bu cür oyunla "Atletik"ə qarşı heç nə edə bilmərik. Mütləq artırmalıyıq. Ancaq bu gün uşaqların hər birinə təşəkkürümü bildirirəm. Hansı şəraitdə hazırlaşdığımızı bilirsiniz. Futbolçularımız qəhrəmandı”.

- "İnter" ötən illərdə penalti seriyalarında məğlub olmuşdu. Bu dəfə necə, bu cür seriyaya hazırlaşmışdınızmı?

- Xeyr, nə hazırlaşmışdıq, nə də penalti seriyasına qalmaq istəyirdik. Çünki acı təcrübəmiz var.

- Hesabda 1:2 geri olarkən, Denis Silvanı yanınıza çağırdınız. Lakin qırmızı vərəqə verildikdən sonra fikrinizdən daşındınız. Doğrudanmı müdafiəni gücləndirməyi düşünürdünüz?

- Yox-yox, Denis mərkəzdə oynaya bilən futbolçudu və mən də həmin mövqeyi gücləndirməyi düşünürdüm.

- Komandanız standart vəziyyətlərdə xoş təsir bağışlamırdı.

- Hər gün standartlar üzərində çalışırıq. Müxtəlif kombinasiyalar üzərində hətta bu gün səhər çalışmışıq.

- Qol vuran Abbas Hüseynovu İlkin Qırtımovla əvəzlədiniz. İlkin də xoş təsir bağışlamadı.

- Abbas əzələsini dartmışdı. Özü əvəzetməni xahiş etdi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30