25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Abdulaye: “Üçüncü yer də pis nəticə deyil"

 

“İnter”in müdafiəçisi Bryus Abdulaye başa çatmış mövsümlə bağlı fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, Abdulaye "İnter"in göstəricisini qənaətbəxş nəticə kimi qiymətləndirib: "Mövsüm çox ağır alındı. Müəyyən zaman ərzində turnir cədvəlində liderlik etdik, lakin fevralda komanda bu liderliyini itirdi. Təəssüf ki, turnir cədvəlində birinci yer uğrunda əsas rəqiblərimizlə qış fasiləsindən sonra keçirdiyimiz oyunlarda lazım olan nəticəni əldə edə bilmədik. Bizim yaxşı futbolçularımız var, komandamıza yaxşı məşqçi rəhbərlik edir, lakin buna baxmayaraq, bizi çempionluqdan məhrum edən səhvlərə yol verdik. “İlk altılıq”da “Qarabağ” və “Neftçi” komandalarına qarşı səfər oyunlarında rəqibə heç nədə uduzmadıq, lakin bir səhv hər şeyin üstündən xətt çəkdi. Futbol belədir. Bizə buraxılan səhvlərdən nəticə çıxarmaq və həmin səhvləri növbəti mövsümdə təkrarlamamaq qalır. Amma üçüncü yer də pis nəticə deyil. Bizi qarşıda Avropa Liqasının oyunları gözləyir və komanda bu turnirdə gücünü göstərməlidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30