20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Svanadze: “Buna heç kim təminat verə bilməz”

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Hafnarfyordur”la qarşılaşacaq “İnter”in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis sabahkı oyunöncəsi nikbin danışıb.

- Jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Hazırlığa gəldikdə, digər oyunlara necə, bu duelə də elə hazırlaşmışıq. Əsas odur ki, heyətimizdə zədəli futbolçu yoxdu.

- Komandada ab-hava necədi?

- “Laçi” ilə oyun ərəfəsindəkindən fərqli olaraq bu dəfə daha yaxşı formadayıq. Ablanlarla oyun zamanı əsas problemimiz epizodlardan istifadə edə bilməməyimiz oldu. Amma məşq prosesində bunun üzərində işlədik. İndi komandanın durumu daha yaxşıdı.

- Səfərdən sərfəli nəticə ilə dönmüsünüz. Buna əsaslanıb, müdafiədən oynayacağınızı düşünmək olarmı?

- Biz müdafiəyə çəkilməyəcəyik. Çünki belədə çətinliklə üzləşə bilərik. Çalışacağıq komanda öz oyununu oynasın.

- Start heyətindfə dəyişiklik varmı?

- Bir dəyişiklik edəcəyik. Bu, Dieqo ola bilər.

- Ötən il “Elfsborq”la səfər matçından da qələbə ilə dönmüşdünüz. Amma Bakıdakı dueldə bu üstünlükdən yararlana bilmədiniz və mübarizəni dayandırdınız. Bundan nəticə çıxarmısınızmı?

- Əvvəla qeyd edim ki, ötən ilki oyunda qırmızı vərəqə qərarı düzgün deyildi. Hakim yanlış qərar verdi. Nəticədə həm azlıqda qaldıq, həm də qol buraxdıq. Bu dəfə səhvsiz oynamağa çalışacağıq. Ancaq buna heç kim təminat verə bilməz.

- Futbolçulara hansı tapşırıqlar vermisiniz?

- Xüsusilə standart vəziyyətlər zamanı ehtiyatlı olmalarını tapşırmışam. Cərimə meydançası daxilində səhvə yol verməməli, ehtiyatlı oynamalıyıq.

- “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze İslandiyadakı oyunu izləyib. Onun gəlişinin səbəbi nə idi?

- Onun orda olduğunu matç başa çatdıqdan sonra gördük. O, Zurab Xizanaşvilini izləməyə gəlmişdi. O, Gürcüstan millisinə namizəddi.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30