25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elnur Məmmədov “Neftçi”nin üzvləri ilə görüşüb

“Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov U-17 komandamızın üzvləri ilə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, tədbir yeni mövsümə hazırlığını davam etdirən baş məşqçi Elşad Əhmədovun yetirmələrinin səhər məşqindən sonra baş tutub. Görüşdə çıxış edən Elnur Məmmədov əsas məqsədin gələn il 17 yaşadək komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın U-17 milli komandasının heyətinə düşmək olduğunu bildirib: “2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsində mübarizə aparıb, indi isə 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandamız ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bu cür mötəbər turnirlərdə Avropanın, demək olar, bütün top klublarının seleksiyaçılarının gözü final mərhələlərində iştirak edən futbolçularda olur. Yəni siz futbolçular üçün böyük şans yaranıb. U-17 millimizin heyətinə düşməklə həm Azərbaycan futboluna fayda verərsiz, həm də əcnəbi skautların diqqətini cəlb etməklə daha da uğurlu karyera qurmuş olarsız. Bunları nəzərə alaraq, sentyabr ayından sizin üçün ingilis dili kursları təşkil edəcəyik”.

Buna görə də 17 yaşlıların üzərinə böyük bir məsuliyyət düşdüyünü vurğulayan Elnur Məmmədov hazırlıq prosesinin gedişatı ilə yaxından tanış olaraq U-17 üzvlərinin hər birinə yeni mövsümdə uğurlar arzulayıb.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30