20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Çukariçki”ni məğlub etmək gücündəyik”

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə mübarizə aparan “Qəbələ” iyulun 23-də cavab oyununu keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, iyulun 16-da Belqradda baş tutan qarşılaşmada 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə qələbə qazanıb, mərhələ adlamağa çalışacaq. Komandamızın kapitanı Cavid Hüseynov cavab oyunu ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb: “Serbiyadakı qarşılaşmada 0:1 hesabı ilə məğlub olduq. Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamalıyıq. Səfərdə öz oyunumuzu, bizdən gözlənilən futbolu nümayiş etdirə bilmədik. İlk oyundakı çatışmazlıqları aradan qaldırıb, cavab oyununda qalib gəlməliyik. Bunun üçün var gücümüzü ortaya qoyacağıq. “Çukariçki” “Qəbələ”dən güclü komanda deyil. Səfərdəki görüşü unudub, öz futbolumuzu oynamalı, mübarizə aparmalıyıq. Komandamız daha yaxşı futbol oynamağı bacarır. “Çukariçki”ni məğlub etmək gücündəyik. Bacarığımızı tam nümayiş etdirsək, mərhələ adlayacağıq. Bunun üçün də cavab matçına köklənməliyik”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30