20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: "Seltik" barədə düşünmürük"

“Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqovun müsahibəsi

- Çempionlar Liqasının ikinci mərhələsində evdə “Rudar”ın qapısına yol tapa bilmədiz...

- Gözlədiyimiz kimi, çətin oyun keçdi. Rəqib daha çox müdafiəyə diqqət ayırmışdı. Hiss olunurdu ki, bizi çox yaxşı analiz ediblər. Buna görə də, qol epizodları yaratmaqda çətinlik çəkdik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı.
 
- Qarşıda cavab oyunu var. Aydın məsələdir ki, “Rudar” evdə daha aqressiv oynayacaq. Bu, istənilən nəticəni qazanmaq üçün sizə çətinlik yarada bilərmi?

- Mən əvvəlki müsahibələrimdə demişəm ki, hətta “Qarabağ” yox, başqa bir klubumuz da bu turnirdə oynayanda bildirmişəm ki, Çempionlar Liqası Avropa Liqasından çox fərqli turnirdi. Çünki bu turnirdə daha çox ölkələrinin çempionları təmsil olunur. Bu turda qeydə alınan bir çox nəticələr də onu göstərdi ki, Çempionlar Liqasında demək olar ki, zəif komanda olmur. Bu üzdən də, başa düşürük ki, bizi səfərdə daha çətin oyun gözləyir.
 
- “Qarabağ” “Rudar”ı mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti turda “Seltik” - "Styarnan" cütünün qalibi ilə qarşılaşacaq. Ölkəmizin futbol ictimaiyyəti artıq  “Qarabağ”ın “Seltik”lə oyunda şanslarını dəyərləndirməyə başlayıb. Hətta sizin “Seltik”i mübarizədən kənarlaşdırmalı olduğunuzu deyənlər də var. Bu barədə nə deyə bilərsiz?

- Bu söz-söhbətlər mənim də qulağıma çatıb. Fikrimcə, indidən “Seltik”i müzakirə edən insanların ya “Rudar”la evdəki ilk oyunumuzun nəticəsindən xəbərləri yoxdur, ya da ki, onlar “Qarabağ”ı istəməyən insanlardır. Biz komanda olaraq, hələki “Seltik” barədə qətiyyən düşünmürük. Komanda olaraq ilk oyunun nəticəsindən sonra başa düşürük ki, səfərdəki oyun daha ağır keçəcək.
 
- “Rudar”la ilk matçda “Qarabağ”ın oyununda çatışmazlıqlar gözə çarpırdı. Bu nə ilə bağlı idi?

- Nəzərə almaq lazımdır ki, mövsümün ilk rəsmi oyunu idi. Bu dönəmdə komandanın optimal formada olması qeyri-mümkündür. Özünüz də gördüz ki, komandada xeyli dəyişikliklər olub. Təbii ki, futbolçuların bir-birinə uyğunlaşması vaxt tələb edir. Hamımız bunu anlayırıq və məşqlərdə də bu mərhələni tezliklə adlamağa çox çalışırıq. 

Mənbə: sportal.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30