25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Veteranlardan “Neftçi”yə dəstək

Azərbaycanın futbol veteranları "Neftçi" PFK-nın təlim-məşq bazasına gəliblər. Futbolxeber.az-ın klubun rəsm saytına istinadən verdiyi məlumata görə, Türkiyə hazırlığı öncəsi komanda üzvlərinə dəstək olmağa gələn veteranlar arasında  Çingiz İsmayılov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Oqtay Abdullayev, Asim Xudiyev, Şakir Qəribov, Əsgər Abdullayev, Asif Əliyev, Ağarza Rzayev və Nağı Babayev kimi futbol tariximizin məşhur simaları yer alıb. Müqəddəs Ramazan Bayramı ilə eyni günə təsadüf etmiş görüşdə "Neftçi" PFK rəhbərliyi, veteranlar və komanda üzvləri bir araya gəliblər. Görüş əsnasında qonaqlardan Səməd Qurbanov, Çingiz İsmayılov, İsgəndər Cavadov, Vaqif Sadıqov və Əsgər Abdullayev çıxışlarında bildiriblər ki, əsası gənc, yerli futbolçulardan ibarət "Neftçi" bu mövsüm Avropa Liqasında istənilən nəticəni qazana bilməsə də, göstərdiyi oyunla uğurlu gələcək vəd etdi. Xüsusilə Çernoqoriyada keçirilmiş "Mladost"-"Neftçi" matçında futbolçuların gözəl, əzmkar oyun nümayiş etdirdiyini deyən natiqlər, futbolçulara nəticəyə görə ruhdan düşməməli olduqlarını deyiblər. Futbolda təcrübənin zamanla qazanıldığını vurğulayan qonaqlar qeyd edib ki,  komanda bu istiqamətdə daha çox çalışmaqla yeni tarixi nailiyyətlərə imza atacaq. Heyətdə çıxış edən futbolçuların böyük potensiala malik olduğunu diqqətə çatdıran qonaqlar, bu futbolçuların sədasının gələcəkdə Avropa klublarından gələcəyinə inandıqlarını deyiblər. "Neftçi"nin baş məşqçisi Samir Əliyevə və məşqçilər korpusuna işlərində müvəffəqiyyətlər arzu edən veteranlar, öz təcrübələri və tövsiyyələri ilə gənc mütəxəssisə hər zaman dəstək olacaqlarını bildiriblər.

Samir Əliyev də öz növbəsində komandaya dəstək olan veteranlara təşəkkürünü bildirib. Qeyd olunub ki, vaxtilə "Neftçi"nin formasını şərəflə daşımış və ölkə futbolunun inkişafında böyük əməyə sahib olan bu insanlardan öyrəniləcək çox şey var. "Neftçi" veteranları hər zaman doğma komandasının yanında olub və onların zəngin təcrübəsinə hər zaman ehtiyac duyulub. 

Daha sonra "Neftçi"nin məşqini izləyən veteranlar, klubun təlim-məşq bazasında yaradılmış şəraitlə tanış olub və futbolçularla birgə nahar ediblər.

Sonda klub rəhbərliyi, komanda üzvləri və veteranlar birgə xatirə şəkli çəkdiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30