24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elvin Məmmədov: “Qələbə qazanmaq üçün hər şeyi etdik”

"Bu gün meydana qələbə üçün çıxmışdıq, ancaq alınmadı. İnşallah, cavab matçına daha hazırlıqlı gedərik və vətənə qalibiyyətlə qayıdarıq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Məmmədov deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la qolsuz bərabərliklə nəticələnən görüşlə bağlı fikirlərini bölüşüb.

Məmmədov bildirib ki, rəqibin seçdiyi taktika "Qarabağ"ın qol vurmasını əngəlləyib: "Əslində yaxşı oynadıq, qələbə qazanmaq üçün hər şeyi etdik. Sadəcə, rəqib böyük qüvvə ilə müdafiədə oturmuşdu, bütün diqqətini qol buraxmamağa yönəltmişdi. Qol çatışmadı. Rəqib bizi yaxşı təhlil etmişdi. Həm də oynaya bilən komandadı. Biz də onları analiz etmişdik. Onsuz da, Çempionlar Liqasında zəif komanda olmur. Burda öz ölkələrinin çempionları çıxış edirlər. Buna görə də, oyun oyun asan keçmədi".

Elvin cavab matçında da "Rudar"ın eyni taktika ilə oynayacağından ehtiyatlanır: "Futbolda hər şey mümkündü. Birinci oyun həmişə çətin keçir. Bu nəticə hələ heç nə demək deyil. Biz kollektiv olaraq, gücümüzə inanırıq. "Qarabağ" özünü sübut etmiş komandadı. İnşallah, səfərdə qələbə qazanıb, mərhələ adlayan tərəf biz olarıq. O ki qaldı "Rudar"ın cavab matçında necə oynayacağına, bunu heç kim indidən deyə bilməz. Ola bilsin, onlar öz meydanlarında da müdafiə futbolu göstərsinlər. Əsas odu ki, biz öz oyunumuzu göstərək".

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30