19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran”ın düşərgəsinə yeni hücumçu qoşulur

Nevşehirdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” “Kasımpaşa” ilə yoxlama matçının ardından 1 günlük istirahətdən sonra yenidən məşqlərə başlayacaq. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, baxışda olan braziliyalı Rafinyanı bəyənməyən cənub təmsilçisi daha bir futbolçunu sınaqdan keçirəcək.

Belə ki, yaxın günlərdə komandanın düşərgəsinə əslən seneqallı olan Limam Seydinin qoşulacağı gözlənilir. Fransada anadan olan 29 yaşlı hücumçu daha çox 2011/2013 mövsümündə Macarıstanda “Diosgyor” klubunun heyətində fərqlənib – 53 görüşdə 12 qol. Növbəti 2 mövsüm “Debretsen”in formasını geyinən Limam 17 oyunda 4 dəfə fərqlənib.

Son mövsümü “Spartakus”da keçirən hücumçu meydana çıxdığı 15 görüşdə 2 qolun müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30