24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: “İndi elə vaxtdı ki, heç bir futbolçudan yüz faizli oyun gözləmək doğru olmaz”

“Dünən ciddi komandaya qarşı oynayacağımızı demişdim. Əlbəttə, qələbə qazanmaq istəyirdik”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə qoşulub. Təmsilçimiz II təsnifat mərhələsində Monteneqro çempionu “Rudar”la qarşılaşıb və görüş 0:0 hesabı ilə başa çatıb.

Qurbanov qarşılaşmadan sonrakı mətbuat konfransında bu fikirləri səsləndirib: “İlk oyunda əsas məqsədimiz qol buraxmamaq idi. İmkan düşdükcə qol vurmaq istəyirdik. Qol buraxmadıq. Bizi səfərdə ağır oyun gözləyir. Amma əksinə də ola bilər. Uşaqların oyunundan razı qaldım. Düşündüyümüz hücumlar müəyyən qədər alındı. Səfərdə fərqli oyun ola bilər. Azarkeşlərə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər”.

- Kornerlər zamanı çoxlu səhvlər oldu. B variantı yox idi?

- Müxtəlif variantlar üzərində işləmişdik. Onlardan istifadə etməyə də çalışdıq. Sadəcə, alınmadı.

- Rəqibin hücum xətti zəif görünürdü. Bu barədə fikirləriniz maraqlı olardı...

- Rəqibin əlində bizi təhlil etmək üçün daha çox material var idi. Müdafiədə yaxşı oynadıq. Onlara əks-hücum imkanı vermədik. Amma onlar da komanda şəklində yaxşı müdafiə olundular. Bizim də düşünülmüş hücumlarımız oldu. 

- Hamı “Qarabağ”ın yenə qrup mərhələsinə düşməsini gözləyir. Bu təzyiq sizə necə təsir edir?

- Təzyiqə normal baxıram. Cəmiyyət arasında bizim haqqımızda rahat danışılır. Amma unutmayın ki, asan rəqib yoxdu. Biz təzyiqdən çıxış yolu tapmalıyıq. Heç nəyə fikir vermədən qarşıdakı oyuna hazırlaşmaq lazımdı.

- Rəqibi artıq yaxşı tanıdığınızı demək olarmı?

- Bəli, artıq yaxşı tanıyırıq.

- Son zərbələrdə çatışmazlıq var idi. Bu, nədən qaynaqlandı?

- Məncə, bu, normaldı. Çünki rəqib müdafiəçiləri hücumçularımıza qarşı sıx oynadılar, zərbə vurmaq imkanı vermədilər. Rəqibin müdafiədə yaxşı oyununu qeyd etməmək olmaz.

- Uzaq məsafədən zərbələrə çox şahidlik etmədik. Bunu siz tapşırmışdınız?

- Xeyr. Məncə, zərbə vurmaq imkanımız olurdu. Oyun ərzində 3-4 zərbə məncə, pis nəticə deyil. Futbolçular yavaş-yavaş tempi artıracaqlar.

- Qara Qarayevi əvəzləməyinizin səbəbi onun zəif çıxışı idi?

- Qaranı əvəzləməyimin səbəbi sarı vərəqəsinin olması idi. Qırmızı vərəqə alacağından ehtiyatlandım.

- Yeni transferlərdən razı qaldınızmı?

- Kuintana və Əl-Hərbi ilk hissədə uyğunlaşa bilmirdilər. Amma ikinci hissədə hər ikisi yaxşı oynadı. İndi elə vaxtdı ki, heç bir futbolçudan yüz faizli oyun gözləmək doğru olmaz. Onlar da vaxt keçdikcə öz oyunlarını tapacaq, kollektivə tam uyğunlaşacaqlar.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30