20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rza Çalımbay “Xəzər Lənkəran”la oyundan danışdı

“Hesabın necə olacağı vacib deyildi. Əsas olan futbolçularla tanışlıq idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”la hazırlıq oyunundan (2:0) sonra “Kasımpaşa”nın baş məşqçisi Rıza Çalımbay deyib.

Komandaya yeni gəldiyini və futbolçuların da məşqçi heyətini tanımadığını qeyd edən Çalımbay yaxşı hazırlıq oyunu keçirdiklərini bildirib: “İstədiyimizi aldıqmı? Hesab olaraq bəlkə də hə, ancaq oyun olaraq təbii ki yox. Bugünkü oyunun çox üst səviyyəsində çıxış etməliyik. Komandamız tam hazır deyil. Bundan sonrakı Avropada keçirəcəyimiz hazırlıq dönəmi və orda oynayacağımız oyunlar daha vacibdi” deyə, Çalımbay bildirib.

“Kasımpaşa”nın Türkiyə Super Liqasındakı hədəfləri haqqında da danışan baş məşqçi əsas məqsədlərinin ilk “onluğ”a düşmək olduğunu qeyd edib: “Komanda olaraq yekunda ilk “onluq”da olmalıyıq, ancaq hələ çox əksiklərimiz var. Bir neçə transfer etməliyik. Onları edə bilsək, inşallah istədiyimiz nəticəni qazana biləcəyik”.

Təcrübəli mütəxəssis “Xəzər Lənkəran” haqqında da fikirlərini bölüşüb: “Rəqib haqqında məlumatımız var idi. Tanıdığımız bir komandadı. Biz onlarla çox oynamışıq. Mustafa Dənizlinin vaxtında da qarşılaşmışdıq. Tanıdığımız, bildiyimiz futbolçulardı. Bu bir hazırlıq matçıdı, məğlubiyyət əsas deyil, olur, bəlkə onlar da qalib gələ bilərdi, ancaq bu dəfə biz qalib gəldik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30