20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Braziliyalı futbolçu “Xəzər Lənkəran”a lazım olmadı

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa çağırdığı braziliyalı futbolçu Rafinya ilə bağlı qərarını verib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov cənubi amerikalı ilə bağlı yekun qərarını iyulun 14-də keçirilən yoxlama oyunundan sonra verib.

Türkiyənin Superliqa klubu “Kasımpaşa” ilə yoxlama matçı tam adı Rafael Karletti olan 23 yaşlı hücumçu üçün sonuncu olub. Belə ki, legioner komandasının 0:2 hesabı ilə uduzduğu qarşılaşmada özünü yaxşı tərəfdən göstərə bilməyib.

Onun matçın gedişində əvəzlənməsi də Hüseynovun braziliyalıdan razı qalmamasını göstərir. Buna qədər “Niğdespor”la yoxlama matçında da (1:0) sınanan Rafinyanın iki qarşılaşmada nümayiş etdirdiyi oyun bəyənilmədiyindən braziliyalı “Xəzər Lənkəran”a lazım olmayıb.

Bu üzdən də cənubi amerikalı klubun düşərgəsini tərk edərək, vətəninə yollanacaq.

Qeyd edək ki, son klubu Braziliyanın “Santo Anxelo” klubu olan futbolçu vətənində “Tamolo”, “Portu Aleqri”, “Taruma” və “San Xose”nin də şərəfini qoruyub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30