23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Flavinyo “Neftçi”dən gedişindən danışdı: “Təəssüflənmirəm, çünki…”

"Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə yollarını ayıran Flavinyo deyib.

Klubun rəsmi saytına danışan 32 yaşlı futbolçu, “ağ-qaralar”la dostcasına ayrıldığını bildirib: “Bəzən zədələr istədiyim kimi oynamağa imkan vermirdi. Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim. "Neftçi"dən ayrılmağımla bağlı klub rəhbərliyi ilə görüşüm oldu. Qarşılıqlı şəkildə razılaşdıq və dostcasına ayrıldıq. Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi. İndi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir. Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var. Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun Flaqmanıdır və bu hər zaman belə olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30