29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanlı futbolçular türkiyəli məşqçinin istefasına səbəb oldu

Türkiyənin I liqa təmsilçisi "Boluspor" klubunun baş məşqçisi Ümit Özatın vəzifəsindən istefa verməsinin səbəbləri müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, buna Özatın azərbaycanlı futbolçular - Ruslan Tağızadə və Nurlan Novruzovun transferi ilə bağlı rəhbərliklə razılığa gələ bilməməsi səbəb olub.

Qardaş ölkənin "BoluExpress" qəzeti bu haqda belə yazıb: "Daha öncə rəhbərlik və baş məşqçi arasında transferlərlə bağlı fikir mübadiləsi olmayıb. Tağızadə və Novruzovun klub rəhbərliyinin razılığı olmadan Boluya dəvət edildiyi bildirilib.

Rəhbərlik hər iki futbolçunun Türkiyəyə gəlməsi üçün bilet almaq istəməyib. Belədə Ümit Özat Tağızadə və Novruzovun biletlərini alaraq onların Boluya gəlmələrini təmin edib. Bundan sonra klub rəhbərliyi iki futbolçu ilə müqavilə imzalamaq istəmədiklərini açıqlayıb. Özat isə hər iki futbolçu ilə müqavilə imzalanmayacağı təqdirdə istefa verəcəyini bildirib. 38 yaşlı mütəxəssisin istəyi yerinə yetirilmədiyindən o, komandadan getmək qərarı verib" (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31