26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Georgi Nikolov yenə “İnter”lə səfərə getmir ÖZƏL

Avroliqanın II təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Hafnarfyordur” klubu ilə qarşılaşacaq “İnter” bu gün vətəni tərk edir. Futbolxeber.az-ın məlumatına görə, ötən mərhələdə olduğu kimi klub prezidenti Georgi Nikolov yenə də səfərə yollanmır. Əvəzində onun xanımı “bankirlər”lə birgə İslandiyaya yollanacaq.

Xatırladaq ki, “İnter” Albaniyaya yollanarkən də Nikolov Bakıda qalmışdı. Bu isə onun ölkəni tərk etmək qadağası ilə üzləşdiyi barədə xəbərlərin yayılmasına gətirib çıxarmışdı. Nikolov bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Lakin klub prezidentinin ardıcıl ikinci səfər oyununa yollanmaması yenidən həmin söhbətləri gündəmə gətirəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30