20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rövnəq Abdullayev: “Yeni dövlət proqramında klublara maliyyə yardımı ilə bağlı bənd yoxdur”

AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az-ın məlumatına görə. o, "Neftçi"nin baş məşqçisi Samir Əliyevin komandadakı taleyi ilə bağlı bunları söyləyib: "Samir Əliyev öz postunda qalmalıdır. Çünki tarix göstərir ki, əcnəbi baş məşqçilərlə klublarımız ciddi uğurlar qazana bilmirlər. Nəticəni yerli mütəxəssislər veriblər. Samir gənc və iddialı məşqçidir. O, "Neftçi" ilə uğur qazana bilər".

AFFA prezidenti futbolun inkişafına dair yeni dövlət proqramının hazırlanmasından da söz açıb: "Yeni dövlət proqramında klublara maliyyə yardımı ilə bağlı bənd yoxdur. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çünki 2020-ci ildə Avropa çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Elə çalışmalıyıq ki, Azərbaycan yığması da həmin AÇ-nin final mərhələsində iştirak edə bilsin. Ümumiyyətlə, klubların uğurlu çıxışı üçün pul ən vacib məsələ deyil. Klubların ictimai təşkilata çevrilməsi daha önəmlidir, nəinki bir şəxsdən asılı olması".

Abdullayev U-17-lər arasında Azərbaycanda keçiriləcək AÇ-2016 ilə də bağlı açıqlama verib: "AÇ-2016-nın bütün oyunları Bakıda keçiriləcək".

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30